SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə futbol matçında hakim dünyasını dəyişib.
 
BAKU.WS-in məlumatına görə, hadisə Balıkəsirdə keçirilən həvəskar liqa qarşılaşmasında qeydə alınıb. 17 yaşındakı Halil Berke Aygün adlı hakim oyunun 32-ci dəqiqəsində yerə yıxılıb. 

Dərhal xəstəxanaya aparılan hakimin infarkt keçirdiyi məlum olub. Gənc hakim müdaxilələrə baxmayaraq xilas edilməyib. Aygünün xəstəxanaya aparılmasından sonra matçın köməkçi hakim tərəfindən davam etdirilməsi davam etdirilib. "Gündoğan Çeltikspor" - "Bostancıspor" qarşılaşmasında ev sahibi 2-1 hesabı ilə qalıb gəlib.
 
Digər həvəskar liqa qarşılaşmasında "Üzümlüspor" - "Göbelspor" üz-üzə gəlib. Futbolçular və hakimlər meydançaya çıxıb hazırlaşarkən Aygünün dünyasını dəyişdiyi xəbəri gəlib. Bu məlumatdan sonra hakim Aykut Kuvvətli matçı təxirə salıb. 

Hakim Halil Berke Aygünün cənazəsinin Balıkəsirdə torpağa veriləcəyi bildirilib.
 
BAKU.WS