VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının "8-ci kilometr bazarı”nda oğru maskaları satılır.

BAKU.WS
virtualaz.org-a istinadən xəbər verir ki, bazarın girişində papaq satılan mağazalarda satışa çıxarılan bu maskaların qiyməti 4-5 manatdır. Satıcı alıcıların maskaları nə məqsədlə aldıqlarından xəbərsiz olsa da, demək olar ki, ən çox satılan mallardan olduğunu bildirdi: "Bizdə iki rəngdə maska var: boz və qara. Daha çox qara rəngli maskalar alınır. Nə üçün aldıqlarını bilmirəm, yəqin uşaqlara oynamaları üçün alırlar”.

Qeyd edək ki, yalnız gözləri və ağzı açıq olan papaq şəklli bu maskalar adətən qarət və soyğunçuluq məqsədilə istifadə olunur.

BAKU.WS