SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Bakıda feministlərin aksiyası zamanı qalmaqallı plakatı ilə gündəmə gələn feminist Aysel Ələkbərzadənin özünü binadan ataraq intihara cəhd etməsi barədə məlumat vermişdik.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə hadisə yerindən çəkilmiş video görüntü yayılıb.

Videodan da göründüyü kimi Aysel Ələkbərzadə özünü 3-cü mərtəbədən atandan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasedciləri, təcili yardım həkimləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Xatırladaq ki, Yasamal rayonunda yaşayan 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. Vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.

A.Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Gənc fəal özünü binadan atmazdan əvvəl "Facebook”da intihar edəcəyini açıqlayıb.

Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.

BAKU.WS
VİDEO