SİZİN REKLAM BURADA!
055 213 76 73


Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Köhnə Zuvand kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq təxminən 300 metrlikdən dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə hələlik adları məlum olmayan iki qadın və bir uşaq ölüb. "Niva"nın sürücüsü S.Şirəliyev, 1996-cı il təvəllüdlü Rəna Orxan qızı Mahmudova və 1996-cı il təvəllüdlü Nuray Orxan qızı Şirəliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hər üç yaralı Reanimasiya şöbəsində müalicə alır.

Məlumata görə, Bakı sakinləri Masallıdan Yardımlıya nişan mərasiminə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

***13:30

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Güllütəpə ərazi vahidliyində, Köhnə Zuvand kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dağlıq ərazidən dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfərdən 3-ü dünyasını dəyişib. Yaralılar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO