Azərbaycanda ustanın ölümünə səbəb olan partlayış anı - VİDEO

21
fev
2020
16:35
Fevralın 19-da Tovuzda baş verən bədbəxt hadisənin görüntüləri yayılıb.
BAKU.WS APA TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Yol kənarındakı təkər təmiri sexində işləyən 52 yaşlı İlham Əlirzayev ağır tonnajlı yük avtomobilinin təkərini təmir edərkən şin partlayıb. Partlayış zamanı onun başı dəmir dirəyə çırpılıb.
Nəticədə o, baş nahiyəsindən aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var - VİDEO
Bakı - Sumqayıt yolunda mikroavtobus yolun kənarındakı dirəyə çırpılıb. BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Sumqayı...