SİZİN REKLAM BURADA!
055 213 76 73


FHN-dən BAKU.WS-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

22:30

Bakının Nəsimi rayonunda 28 may küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yanğın baş verib. 

BAKU.WS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın sözügedən küçədəki yaşayış binasında başlayıb. 

Hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən maşını cəlb edilib. Xilasedicilər binadakı insanlar təxliyə edib.

Küçədə nəqliyyatın hərəkəti məhdudlaşırılıb.


BAKU.WS
VİDEO

QALEREYA