DİN-dən Zərdab rayonundakı insidentlə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Zərdab rayonunun Çallı kəndində baş verən etiraz aksiyasına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab rayonunun Çallı kəndində yaranmış sosial problemlə əlaqədar kənd sakinləri etiraz aksiyasi keçirib:
“Keçirilmiş qanunsuz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bu zaman saxlanılanlar və xəsarət alanlar olmayıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə Zərdabın Çallı kəndində örüş sahəsi əlindən alınan kəndlilərin etiraz aksiyası keçirdiyi, xeyli sayda saxlanılan və xəsarət alanların da olduğu barədə məlumat yayılıb.
Oxşar xəbərlər
MSK-nın qarşısında razılaşdırılmamış aksiyaya cəhdin qarşısı alınıb - Bir nəfər saxlanılıb - RƏSMİ
Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında keçirilən icazəsiz aksiyanın qarşısı alınıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi polis polkovni...