SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Təmas xəttində monitorinq keçiriləcək. 
 
BAKU.WS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 25-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yevgeni Şarov keçirəcəklər.
 
BAKU.WS