SİZİN REKLAM BURADA!
055 213 76 73


İzmirdən İstanbula uçan sərnişin təyyarəsinin qəzaya düşdüyü anlar kameraya tuş gəlib. 

BAKU.WS Türkiyə KİV-inə istinadla xəbər verir ki, təyyarə Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.

Qəza zamanı təyyarədə olan 183 nəfərdən 3-ü dünyasını dəyişib. Digər yaralıların vəziyyətlərinin yaxşı olduğu bildirilir. 

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır. Azərbaycanın İstanbuldakı Baş konsulluğundan verilən məlumata görə, hazırda bu şəxsin kimliyi araşdırılır.

Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub.

BAKU.WS
VİDEO