SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, 01 CC 665 dövlət nömrə nişanlı “Priora” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub.

İlkin ehtimala görə, “Priora” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirərək qarşısındakı “Opel” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Yol-nəqliyyat hadisəsi Sumqayıt şəhərinin çıxışında tıxacın yaranmasına səbəb olub.

Hadisə yerinə Sumqayıt DYP əməkdaşları cəlb edilib.

BAKU.WS
VİDEO