SİZİN REKLAM BURADA!
055 213 76 73


Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Ceyhun İzbatov idarə etdiyi “Daewoo” markalı avtomobillə hərəkətdə olan zaman Nurlan Əliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub.

İlkin məlumata görə, N.Əliyev avtomaşınla hərəkətdə olan zaman əsas yoldan köməkçi yola çıxmaq istəyərkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi “Daewoo” ilə toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qəzadan sonra yolda sıxlıq yaranıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS
VİDEO