SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nizami rayonunda yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə zamanı "BMW" və "Hyundai" markalı avtomobillər toqquşub.

"BMW" markalı nəqliyyat vasitəsinin sahibi APA-ya bildirib ki, onun avtomobilini "ayıq" sürücü idarə edirmiş. Ancaq o, qadağan olunmuş hissədə geriyə manevr etmək istəyərkən "Hyundai" markalı avtomobilin qarşısına keçib və qəza qaçılmaz olub.

Yol qəzasından sonra prospektdə güclü tıxac yaranıb. Əraziyə YPX müfəttişləri cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

BAKU.WS
VİDEO