SİZİN REKLAM BURADA!
055 213 76 73


2 gün əvvəl itkin düşən yeniyetmənin öldüyü müəyyənləşib. Onun meyiti yüksək gərginlikli transformator otağında aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Qusarda itkin düşən yeniyetmənin meyiti tapılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qusarda itkin düşən yeniyetmənin ölməsi faktı ilə bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti ötən gün saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilib.

Prokurorluq və polis əməkdaşları dərhal hadisə yeri və meyitə "Azərişıq" ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirib.

İlkin məlumata görə, mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKU.WS
VİDEO