SİZİN REKLAM BURADA!
055 213 76 73


Qusarda iki gün öncə itkin düşən uşağın meyiti tapılıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun kənd ərazisindəki transformatorun içində meyiti tapılıb.

Onu elektrik vuraraq öldürüb. Onunla birgə yanında it də olub, həmin it də ölmüş vəziyyətdə olub. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Ə.Əmrahov fevralın 1-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

BAKU.WS