SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən günorta saatlarında bir nəfər Bakının Səbail rayonu ərazisində özünü yandırmaq istəyib.


BAKU.WS
-in məlumatına görə, yaşı təxminən 50 olan kişi Daxili İşlər nazirliyinin inzibati binasının yanına gəlib və üzərinə benzin tökərək özünə od vurmaq istəyib. Polisin operativ müdaxiləsi nəticəsində həmin şəxsin intihar cəhdinin qarşısı alınıb.

Onun Abşeron rayon polis şöbəsi işçisindən şikayətli olduğu bildirilir.

Lent.az yazıb ki, həmin şəxs 1971-ci il təvəllüdlü Talıb Vəli oğlu Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.

 

BAKU.WS