SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəki polisi maraqlı quldurluq faktının üstünü açıb.

BAKU.WS
xəbər verir ki, bu haqda KANAL S məlumat yayıb.

Xəbərdə bildirilir ki, 18 fevral 2016-cı il tarixində Şəki rayon sakini Əsgərov Seymir Samir oğlu Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, Şəkinin Qarabulaq kəndi ərazisindəki yarımtikilidə 2 nəfər naməlum şəxs tərəfindən qol və ayaqlarının bağlandığını bildirib.

Daha sonra o qeyd edib ki, həmin şəxslər onun 143 AZN pulunu və mobil telefonunu ona qarşı zor tətbiq edərək götürüblər.

Daxil olmuş məlumata əsasən dərhal hadisə yerinə yollanan polislər Əsgərov Seymuru əli-qolu bağlı vəziyyətdə orada aşkarlayıblar.

Daha sonra polislər Seymuru şöbəyə gətirərək müvafiq qaydada AR CM-nin 181.2.1 maddəsi ilə, yəni quldurluq maddəsilə cinayət işinə başlayıblar.

Aparılmış istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində isə Seymur Əsgərovun baş vermiş hadisəni qisas almaq məqsədi ilə səhnələşdirdiyi və hadisəni dostu, Bakı sakini Zalov Səbuhi ilə birlikdə həyata keçirdiyi məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, Seymur Əsgərovun həyat yoldaşı Həqiqət Əsgərova müxtəlif vaxtlarda müxtəlif şəxslərlə həyat yoldaşına xəyanət edib.

Elə bunun üçün də Seymur Əsgərov həyat yoldaşının əməllərini üzə çıxartmaq üçün bu işə əl atdığını bildirib.

Məlumata görə o, baş vermiş hadisədə həyat yoldaşını və onun görüşdüyü şəxslərdən birini ittiham etmək istəyirmiş.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

BAKU.WS