SİZİN REKLAM BURADA!
055 213 76 73


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 15.01.2020-ci tarixdə baş vermiş ölüm hadisələri haqqında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, xəstələrin qohumları tərəfindən müdiriyyətə və tibbi personala heç bir şikayət daxil olmayıb.

Bildirilir ki, 1978-ci il təvəllüdlü Azad Həsənağa oğlu Qafarov 07.01.2020-ci il tarixdə saat 12.50-də ağır vəziyyətdə “Sağ ağciyərin fibroz-kavernoz vərəmi. Aspergillyoz Ağciyər qanaxması” diaqnozu ilə daxil olub.

Vəziyyəti qiymətləndirilərək Ağciyər Vərəm Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Müvafiq müayinələr və müalicə təyin edilib.

Buna baxmayaraq 09.01.2020-ci tarixdə saat 11.30 qanaxma halları təkrarlandığından II Reanimasiya Şöbəsinə köçürülüb.

Xəstə 11.01.2020-ci tarixdə reanimatoloq, ftiziatr və cərrah iştirakı ilə şöbədaxili konsiliuma təqdim edilib.

Aparılan müalicə tədbirlərinə baxmayaraq 15.01.2020-ci il tarixdə saat 00.10-da profuz qanaxma nəticəsində asfiksiya baş vermiş, reanimasion tədbirlərə baxmayaraq bioloji ölüm qeyd olunub.

Ondan başqa, 1985-ci il təvəllüdlü Rəşad Qəniyev 07.01.2020-ci il tarixdə saat 15.40-də ağır vəziyyətdə “Sol ağciyərin infiltrativ vərəmi (VMB mənfi).

Sağ tərəfli spontan pnevmotoraksla fəsadlaşma. Xroniki ağciyər-ürək çatışmazlığı II-III mərhələ” diaqnozu ilə daxil olub.

Vəziyyəti qiymətləndirilərək Ağciyər Vərəm Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Müvafiq müayinələr və müalicə təyin edilib.

Buna baxmayaraq, 14.01.2020-ci tarixdə saat 14.55 xəstənin vəziyyəti daha da ağırlaşdığından II Reanimasiya Şöbəsinə köçürülüb.

Aparılan müalicə tədbirlərinə baxmayaraq, 15.01.2020-ci il tarixdə saat 00.45-da bioloji ölüm qeyd olunub.

Ölümün səbəbi ağciyər-ürək çatışmazlığı olub.

Ziya SƏCCAD
BAKU.WS