78 COVID testi pozitiv çıxan şəxs 14 aydır karantindədir - VİDEO

78 COVID testi pozitiv çıxan şəxs 14 aydır karantindədir - VİDEO
Video
Hadisə 613

Türkiyənin İstanbul şəhər sakini leykoz xəstəsi Müzəffər Kayasan 14 aydır karantindədir.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, onun indiyədək verdiyi 78 koronavirus testinin cavabı müsbət çıxıb. Sarıyer məhəlləsində yaşayan Kayasan 2020-ci ilin noyabr ayında koronavirusa yoluxub. Xəstəxanada müalicə alan 56 yaşlı kişi evə buraxılmağına baxmayaraq, testləri heç vaxt neqativ çıxmayıb.

O müsahibəsində bildirib ki:

"Üç il əvvəl sümük iliyi transplantasiyası əməliyyatı keçirdim. Amma sonra COVID-19-a yoluxdum. 2020-ci ildən etibarən COVID-19 ilə yaşayıram. Bu müddət ərzində 78 test verdim. Onların hamısı müsbət çıxdı. Həkimlər dedilər ki, leykoz olduğum üçün immun sistemim zəifdi, 14 ay dərman verdilər. Xəstəxanada olanlar üçün də, bizim üçün də çox çətin prosesdir. 14 aydır karantindəyəm. İndiyə qədər həyat yoldaşım on gün yanımda qaldı, amma onun testi neqativ çıxdı. Alimlərin dediyinə görə, COVID-19 qalıqları hələ də bədənimdədir." - deyə o qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər