SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının damında tikilən ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***15:18

Fövqəladə Hallar Nazirliyi yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 195 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***14:25

Bakıda yaşayış binasında yanğın baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Süleyman Rəhimov küçəsində yerləşən binalardan birində qeydə alınıb. 

Hadisə şahidlərinin sözlərinə görə, binanın dam hissəsini tüstü bürüyüb. 

BAKU.WS
VİDEO