SİZİN REKLAM BURADA!
055 213 76 73


Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, yanvarın 3-də saat 19 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində kənd sakini Şahin Cəfərov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS