SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmazda qadının ölümü ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, yanvarın 2-də saat 17 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində şəhər sakini F.Səfərəliyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən kənd sakini Zenfira Əliyevanı vurub.

Piyada hadisə yerində ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS