SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində rayon sakinləri İ.Rəhimovun və Aslan Xasanovun idarə etdikləri iki “VAZ-21063” markalı avtomobil toqquşub.

Nəticədə A.Xasanov hadisə yerində ölmüş, İ.Rəhimov və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

BAKU.WS