SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunda yol nəqilyat hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşagı Quşçu kəndində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil, iki "VAZ-2106" markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.

Hadisə zamanı avtomobilin birində olan sərnişin, Aşagı Quşcu kənd sakini 1974-cü il təvəlüdlü Afət Musayeva xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Ona lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Yol polisi hadisəni törədən sürücünün axtarışına başlayıb.

BAKU.WS
QALEREYA