SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.

BAKU.WS avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Mərdəkan yolunda baş verib. Şəhər istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin sürücüsü 4-cü zolaqdan geriyə dönmə istiqamətində hərəkət etmək istəyib.

Bu zaman öz yolu ilə gələn avtomobilin qarşısına çıxıb. Hadisə nəticəsində dəhşətli qəza baş verib. Avtomobillər yararsız vəziyyətə düşüb, sürücülər ağır xəsarət alıblar.

Qeyd edək ki, bir çox hallarda sürücülər analoji hərəkətlər edir. Geriyə dönmə yerinə cəmi 100 metr qalmış sağ zolaqdan qəfil manevr edərək zolaqlar üzrə hərəkət qaydasını pozurlar ki, bu zamanda ağır qəzalar baş verir.

Videonu təqdim edirik:

BAKU.WS
VİDEO