SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda baş vermiş zəncirvari qəza kameraya düşüb.

BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə aeroport yolunda, Sabunçu körpüsünün altında baş verib.

İlk olaraq manevr qaydalarını pozan "VAZ-21015" markalı avtomobil "VAZ-2107" markalı maşını arxadan vurur.

Ardınca qəza işıqlarını yandıran "07"nin sürücüsü avtomobili dayandırır.

Bu zaman arxadan gələn digər avtomobilin sürücüsü əyləci basır.

Təbii ki, ara məsafəsi düzgün seçilmədiyi üçün zəncirvari qəza baş verir.

Nəticədə 7 avtomobilə ziyan dəyir.

Qeyd edək ki, bu yolda tez-tez analoji hadisələr baş verir.

Yüksəksürətli olduğu üçün qəfil dayanma və ya əyləci basma zamanı qəza açıqlmaz olur.

Videonu təqdim edirik:

BAKU.WS
VİDEO