Gənc qızlar mağazada satıcını belə aldatdılar - VİDEO

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mağazaların birində 2 gənc xanım satıcını aldadaraq, dələduzluq ediblər.
Bu barədə mağaza sahibi BAKU.WS-in “qaynar xətti”nə məlumat verib.
Bildirilir ki, hadisə “Akkord”un binasının yaxınlığındakı mağazada qeydə alınıb. Hadisənin görüntülərini redaksiyamıza göndəriblər.
Videodan da, göründüyü kimi iki gənc xanım mağazaya girib. Onlardan biri yemək sifariş verib. Sonradan 50 manat pul çıxarıb, uzadıb satıcıya. Digər xanım isə satıcının başını qatıb. Qız da, əlindəki 50 manatı təkrar pul qabına qoyub.
Sonradan qızlar yeməyi və 50 manatın qalığını qaytarır. Qızlar da mağazadan heç nə olmamış kimi çıxırlar.
Hadisənin görüntülərini təqdim edirik.
Oxşar xəbərlər
Bakıda maşın mağazaya belə girdi – ANBAAN VİDEO
Bakıda avtomobil mağazaya çırpılıb. BAKU.WS xəbər verir ki, hadisə noyabr ayında baş verib. Sahil qəsəbəsində baş verən qəzanın görüntüləri isə indi yayılıb. Ba...
