SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qaydaları kobud şəkildə pozan daha bir avtobus sürücüsü kameraya düşüb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə dekabrın 19-u, saat 11:43 radələrində Sadıqcan küçəsi ilə Zığ şossesinin kəşisməsində baş verib.

10-TG-381 dövlət nömrə nişanlı, 12 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan avtobusun sürücüsü əvvəlcə əks istiqamətə çıxıb.

Daha sonra bir qədər işıqforda dayansa da yaşıl işığın yanmasını gözləməyərək hərəkətini davam etdirib.

Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini ardıcıl olaraq pozub.

BAKU.WS
VİDEO