VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hacıqabul rayon sakininin saxta sənədlər əsasında ona mənzil satılması barədə "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırma zamanı Bakı şəhərində əmlak alqı-satqısı ilə məşğul olan Samir Rzayevin "Günəş Holdinq” MMC-yə məxsus mənzili özününkü kimi təqdim edərək dələduzluq yolu ilə saxta müqavilə və arayışlar əsasında Hacıqabul rayon sakininin adına rəsmiləşdirəcəyini vəd edərək 145 min manat məbləğində pulunu və 120 min manat dəyərində evini ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Ziya Babayev

BAKU.WS