Azərbaycanda 9-cu sinif şagirdi bədbəxt hadisə nəticəsində öldü

15
dek
2019
11:25
Göyçay rayonunda yeniyetmə qız bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Göyçay şəhərində qeydə alınıb.
Rayon sakini, 2005-ci il təvəllüdlü Məsumə Qasımova yaşadığı evin həyətində oynayarkən yıxılıb və başından travma alıb. M.Qasımova koma vəziyyətində Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, M.Qasımova Göyçay şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göyçayda gənc qadın abort zamanı dünyasını dəyişib (YENİLƏNİB)
Göyçay rayonunda abort zamanı dünyasını dəyişən qadının şəxsiyyəti məlum olub. BAKU.WS report-un Şirvan bürosuna istinadən xəbər verir ki, bu, Astara rayon saki...
