12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

 
Azərbaycanda mobil telefon istifadəçilərinə xarici ölkələrdən zənglər gəlir.
 
BAKU.WS-in əldə etdiyi məlumata görə, daha çox "Azercell" abonentlərinin başına gələn bu hadisəni anlamaq çətindir. Redaksiyamıza göndərilən şəkillərdən mobil nömrələrə gələn zənglərin Türkiyədən, daha dəqiq "Türkcell" operatorundan gəldiyi məlum olur.
 
"Artıq 5-ci gündü ki, mənə gecə və gündüz türk nömrələrindən zənglər gəlir. Geri zəng etdikdə isə belə nömrələrin mövcud olmadığı məlum olur. Bütün nömrələri artıq "qara siyahı" salmışam", - deyə oxucularımızdan biri söyləyib.
 

  

"Azercell" abonentlərinə bir neçə gündür ki, mesaj göndərərək xəbərdarlıq edir. Göndərilən mesajda "Əlavə xərclərdən xilas olmaq üçün tanımadığınız nömrələri açmayın" deyə yazılıb.  

  

 

Qeyd edək ki, bir müddət öncə Türkiyənin iri mobil operatoru "TurkCellin" Azərbaycanda "TeliaSonera"nın aktivlərinin əldə edilməsi məsələsi üzrə danışıqlara başladığı bildirmişdi. "Azercell Telecom" MMC və "TurkCell" arasında sonuncunun Azərbaycanın mobil operatoru üzərində idarəetməni əldə etməsi barədə danışıqların keçiriləcəyi gözlənilirdi. "Azercell Telecom"un "TurkCell"in mülkiyyətinə verilməsi ehtimalı 80-90 faiz səviyyəsində qiymətləndirilirdi. 
 
"Turkcell" Azərbaycan, Qazaxıstan, Moldova və Gürcüstan kimi hələ böyüməkdə olan bazarlarda fəaliyyət göstərir. Şirkət mobil operatorlara "Fintur Holdings BV" (Fintur) vasitəsilə sahib olub. "Turkcell"in "Fintur" vasitəsilə balanına qatdığı şirkətlər arasında "Azercell", "Kcell", "Geocell" və "Moldcell" var. 

"Azercell" 1996-ci ildən fəaliyyətə başlayıb. "Fintur" "Azercell"n birbaşa və dolayı paylar nəzərə aldıqda 51% səhmini əlində saxlayır. "Azercell" abonelerinin bütün dünyada 153 ölkədəki 430 operatorun şəbəkələrini istifadə etmək imkanı verir. 
 
BAKU.WS