SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Rusiyada ləğv edilmiş MTN əməkdaşı ələ keçib.

 
BAKU.WS-in məlumatına görə, Moskvanın Pervomaysk kəndində saxlanılan gənc haqqında Azərbaycanda fırıldaqçılıq ittihamı ilə barəsində beynəlxalq axtarış elan edilib. İbrahim Musayev adlı gənc qızlara özünü xüsusi xidmət orqanı əməkdaşı kimi təqdim edərək 2,5 milyon rubl almaqda ittiham olunur. İbrahim isə bu ittihamları rədd edir.
 
Müstəntiqlərin versiyasına görə, azərbaycanlı gənc cəzbedici və imkanlı qadınlarla tanış olub onlardan müxtəlif yollarla pul almağa çalışıb. Özünü xüsusi xidmət orqanı əməkdaşı kimi təqdim edən İbrahim "Makarov" tipli tapançasını nümayiş etdirərək qızları inandırmağa çalışıb. Bir müddət sonra o, 3 yaşlı qızı ilə görüşə gedib və tanış olduğu xanımdan pul istəyib. 

MTN-in əməkdaşı iddia edir ki, başına gələnlərə səbəb bir qızın onunla ailə həyata qurmaq istəməsi olub: "Bir qız mənimlə ailə qurmaq istəyirdi. Mən isə bunu etmədim və hər şey məhz buna görə oldu", - deyə İbrahim bildirib. Guya ona aşiq bir qadın polisə müraciət edərək 2,5 milyon rubl pulunun oğurlanması barədə ərizə yazıb. 

İ.Musayev hazırda həbsdə saxlanılır. Onun 3 yaşlı qızı isə Azərbaycanda yaşayan qohumlarına təhvil veriləcək.
 
Qeyd edək ki, İ. Musayev Naxçıvan MTN-in əməkdaşı olduğunu iddia edib və mediaya bir sıra açıqlamalar verib. Azərbaycanı tərk edən İ. Musayev Rusiyada yaşamağa başlayıb. MTN-in onun barəsində qeyri-rəsmi axtarış verdiyi də bildirilir.
 
BAKU.WS