Bu gün səhər saat 07:00 radələrində Qaradağ rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib.
Verilən məlumata görə, “Mercedes” markalı qeyri müntəzəm sərnişin avtobusu (10 VR 303 Dövlət Qeydiyyat Nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 Dövlət Qeydiyyat Nişanlı) ilə toqquşub.

149 nömrəli marşrut xətti üzrə daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə hadisə “Mercedes” markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib.
Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

***09:24

Səhiyyə Nazirliyi Bakıda baş verən qəza ilə bağlı məlumat verib.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub.

Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkın məlumata görə 6 nəfər xəsarət alıb. 51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla KTM-ə çatdırılıblar.

17 yaşlı oğlana yerində yardım edilib.

Ziya SƏCCAD

***09:15

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib ki, Sahil qəsəbəsi, "20-ci Sahə" adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub.

Hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar arasında uşaq və yeniyetmə də var.

Yaralılar xəstəxanaya yerləşdirilib.

BAKU.WS
QALEREYA