Ağdaş rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələn avtomobil qəzası baş verib.


BAKU.WS
-in hadisə bu gün Bakı-Qazax yolunun 263-cü kilometrliyində, Ağdaşın Yenicə kəndi ərazisində qeydə alınıb.

37 yaşlı İbrahim Eminovun idarə etdiyi "QAZ-53” markalı minik avtomobili qarşı tərəfdən gələn Bakı sakini 39 yaşlı Rafiq Cavadovun idarə etdiyi "KİA” markalı minik avtomobili ilə toqquşub.

Daha sonra "KİA” markalı minik avtomobili qarşı tərəfdən gələn Gəncə sakini 51 yaşlı Elman Ələsgərovun idarə etdiyi "Mersedes” markalı sərnişin avtobusu ilə toqquşublar.

Hadisə zamanı sərnişin avtobusunun iki nəfər, "KİA” markalı avtomobildə isə bir nəfər xəsarət alıb. Hadisə zamanı Elman Ələsgərov, Elvin Əsədov və Azad Quliyev ağır xəsarət alaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS