Qazaxda toy karvanında odlu silahdan atəş açan şəxsin fotosu yayıldı - FOTO

Qazaxda toy karvanında odlu silahdan atəş açan şəxsin fotosu yayıldı - FOTO
Foto
Hadisə 1218
Daxili İşlər Nazirliyi Qazax rayonunda keçirilən toy mərasimi zamanı havaya odlu silahdan atəş açan Ağstafa rayon sakini 1994-cü il təvəllüdlü Orxan Əlizadənin fotosunu yayıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Qərb Regional Mərkəzinin Baş insepktoru Eşqin Qasımovun BAKU.WS-in bölgə müxbirinə verdiyi məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində adıçəkilən şəxs saxlanılıb.Hüquq mühafizə orqanı əməkdaşları O.Əlizadədən hadisə zamanı istifadə etdiyi ov tüfəngi götürülüb:"Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma başlanılıb. Onu deyə bilərəm ki, O.Əlizadənin hərəkətinə hüquqi qiymət veriləcək". Qeyd edək ki, Qazax rayon sakini insident Vələd Yusifovun toy mərasimində qeydə alınıb.

Oxşar xəbərlər

Bakıda “Vinçester”lə adam güllələyən şəxsi ələ keçdi - FOTO

Bakıda “Vinçester”lə adam güllələyən şəxsi ələ keçdi - FOTO

Bakıda odlu silahdan istifadə etməklə xuliqanlıq edən keçmiş məhkum saxlanılıb.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata gö...

383 Hadisə 11:47 07 noyabr 2019

Son xəbərlər