Bacısının “Lexus”unu təpiklədi, bacısı onu polisə verdi

07
noy
2019
14:11
Bakının Nəsimi rayonunda bacı doğma bacısından polisə şikayət edib. BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verib. Belə ki, noyabrın 6-da, Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Ç.Q. polisə müraciət edib. O bildirib ki, həmin gün saat 13:00 radələrində Neftçilər prospekti 147-nin qarşısında “Lexus” markalı 99-LX-222 dövlət nömrə nişanlı avtomobilinin qapısını bacısı 1991-ci il təvəlüdlü Ü. təpiklə əzib. Bundan başqa, Qaradağ rayonunda analoji hadisə baş verib. Dünən saat 13:08-də, Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi, ev 12-də yaşayan 1994-cü il təvəllüdlü Balaqardaş Qabil oğlu Cəfərov “102” xidmətinə zəng edərək, həmin gün saat 12:00 radələrində evinin qarşısında “Mercedes” markalı 99-TE-154 dövlət nömrə nişanlı avtomobilinin şüşəsinin Şəhla adlı tanışı tərəfindən sındırıldığını bildirib.
Oxşar xəbərlər
Bakıda bərbərə gedən oğlan yoxa çıxdı
Bakıda ata itkin düşən övladının tapılması üçün polisə müraciət edib.BAKU.WS xəbər verir ki, Sabunçu qəsəbəsi, Kalini küçəsi ev 15, mənzil 6-da yaşayan, 1961-ci...