Bakıda 56 yaşlı kişi itkin düşdü - FOTO

Bakıda 56 yaşlı kişi itkin düşdü - FOTO
Hadisə 787
Bakıda 56 yaşlı kişi itkin düşüb.BAKU.WS xəbər verir ki, 4 gün bundan əvvəl paytaxt sakini, 1963-cü il təvəllüdlü Salman Hacı oğlu Nəsibov yaşadıqları Binəqədi rayonu, “Baksol” adlanan ərazidən çıxıb və bir daha geri qayıtmayıb.Salman Nəsibovun oğlu Ramil Nəsibov BAKU.WS-ə bildirib ki, atasının itkin düşməsilə bağlı Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinə məlumat verib.
“Atam evdən çıxıb və geri qayıtmayıb. O, yol tanımır və yaddaşsızlıqdan əziyyət çəkir. Evdən çıxarkən əynində cins şalvar, qara ayaqqabı və başında papaq olub.Onu görənlərdən 070 276 37 36 nömrəsinə və 6-cı polis bölməsinə məlumat vermələri xahiş olunur”, - deyə Ramil Nəsibov bildirib.

Oxşar xəbərlər

25 yaşlı 2 uşaq anası itkin düşüb - FOTO

25 yaşlı 2 uşaq anası itkin düşüb - FOTO

25 yaşlı Şəmkir rayon sakini evdən çıxaraq bir daha geri qayıtmayıb.BAKU.WS xəbər verir ki, Sabirkənd kənd sakini, 1994-cü il təvəllüdlü Gülnar Qafqaz qızı Tanr...

711 Hadisə 17:18 20 oktyabr 2019

Son xəbərlər