SİZİN REKLAM BURADA!
055 213 76 73


Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb. Göyçayın Bığır kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov İqrar İlqar oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən nar emalı zavodunun qarşısında yola tökülmüş nar suyunun üstündən keçərkən avtomobil sürüşərək idarəetməni itirib yolun kənarında dayanmış "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sürücü İ.Bədirov və sərnişinləri - Bığır kənd sakini, 1992-ci il təvəllüdlü Kərimov Etibar Mehrixan oğlu, Çayarxı kənd sakini, 1989-cü il təvəllüdlü Hümbətov Hümbət Mustafa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Nar suyunun yola nar emalı zavoduna məhsul daşıyan yük avtomobillərindən töküldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS