SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, dəm qazından zəhərlənmə barədə məlumat Təcili Tibbi Yardıma 05:02-də daxil olub.

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İsgəndərov küç 48 ünvanından bir ailənin 4 üzvü: ata 35 yaş, ana 32 yaş, övladları:

7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə KTM-in Toksikologiya şöbəsinə gətiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.
BAKU.WS