Yaponiyada son 60 ilin ən güclü qasırğası - çox sayda ölü var - VİDEO

13
okt
2019
10:45
Dünən Yaponiyada 6 bölgədə təsirini göstərməyə başlayan "Haqibis" qasırğası nəticəsində 18 nəfər ölüb. BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, rəsmi qurumlar 18 nəfərin də itkin düşdüyünü açıqlayıb. Qasırğanın təsirinin yaxın saatlarda azalacağı və Yapon arxipelaqından uzaqlaşacağı gözlənilir.Ötən gün qasırğanın saatda 180 km sürətə çatması Yaponiyanın Honşu adasında böyük fəsadlara səbəb olub. Paytaxt Tokio və ətraf ərazilərdə qatar və təyyarə reysləri bazar ertəsi gününə qədər ləğv edilib.Oktyabrın 11-də Suzukada keçirilməsi planlaşdırılan Formula 1 Yaponiya Qran Prisi də təxirə salınıb.Son 60 ilin ən şiddətli qasırğası olan "Haqibis"lə bağlı Tokio, Günma, Saitama, Kanaqava, Yamanaşi, Naqano və Şizuokada fövqəladə vəziyyət elan edilib.
Oxşar xəbərlər
Sentyabrın sonu ehtiyatlı olun! – Qasırğa olacaq
Sentyabrın sonunda Günəşdə geomaqnit qasırğası olacaq.BAKU.WS “report”a istinadən xəbər verir ki, təbiət hadisəsi sentyabrın 27-də başlayacaq 28-də sona çatacaq...
