SİZİN REKLAM BURADA!
055 213 76 73


Hövsan qızlarına söz atan oğlanlardan biri yoxa çıxıb. 

BAKU.WS
xəbər verir ki, 2004-cü il təvəllüdlü Mehdixan Məmmədov Elşən oğlu sözügedən video sosial şəbəkələrdə yayıldıqdan bir neçə gün sonra - 11 avqustda itkin düşüb. 

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan yeniyetmə səhər saatlarında evdən və bir daha geri qayıtmayıb. O, Suraxanı Polis İdarəsinin 30-cu polis bölməsində itkin kimi qeydə alınıb və axtarılır.

Oğlunun polis tərəfindən axtarışlarının nəticə vermədiyini görən M.Məmmədovun anası Aygün Qarayeva anası Xoşqədəm Baxşəliyevanın "Səni axtarıram" proqramından kömək istəyib.

Ana deyir ki, qəsəbə sakinləri Mehdixanı sonuncu dəfə 132 saylı avtobusda görüb. A.Qarayeva oğlunun sözügedən videoya görə kimlərsə tərəfindən cəzalandırıldığını ehtimal edir:

"Qorxuruq ki, Mehdixan onu videodan tanıyanların əlindədir. Kəndin uşaqlarından biri mənə dedi ki, iki nəfər həmin videodan danışan zaman Mehdixan avtobusda olub. Avqustun 11 idi. Həmin gündən telefonu sönükdür. O gündən özündən də xəbər yoxdur. Düşünürük ki, həmin iki şəxsin əlində ola bilər. Mehdixan aşkarda olsaydı bizə zəng edərdi".

X.Baxşəliyeva Mehdixanın üzr istəmədiyinə görə cəzalandırıldığını ehtimal etdiyini səsləndirib.

Xatırladaq ki, avqust ayında sosial şəbəkələrdə Hövsan qızlarına qarşı qeyri-etik ifadələr işlədən iki gəncin videosu yayılmışdı. Videoda insanları qəzəbləndirən ifadələri 27 yaşlı İlkin Məmmədli işlədir, o bu sözləri deyərkən Mehdixan Məmmədov sadəcə qımışır. Bundan qəzəblənən kənd sakinləri İlkini üzr istəməyə məcbur etmişdi. Lakin Mehdixan videoda heç bir söz demədiyi üçün üzr istəməsinə ehtiyac olmamışdı.  

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO