Hövsan qızlarına söz atan gənclər polisə çağırıldı – VİDEO
14
avq
2019
14:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə Hövsan sakinləri və bu kənddən olan qızlarla bağlı xoşagəlməz ifaədlər işlədən gənclərin şəxsiyyəti müəyyən edilib.BAKU.WS ölke.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, sözügedən videogörüntüdəki şəxslər 2004-cü il təvəllüdlü Məmmədov Mehdixan və 1992-ci il təvəllüdlü Məmmədli İlkindir.E.Hacıyev bildirib ki, hər iki şəxs polis şöbəsinə gətirilərək, onlarla profilaktik söhbət aparılıb və hərkətlərinin qanuna zidd olduğu diqqətlərinə çatdırılıb.Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkədə yayılan görüntüdəki şəxslərdən biri – Məmmədli İlkin sonradan Hövsan sakinlərindən üzr istəmişdi.Gənclərin sosial şəbəkələrdə yayılan videoda Hövsan qızları ilə bağlı gəncin qeyri-etik ifadələri sakinləri özündən çıxarıb. Həmin şəxsin axtarışlarına başlayan sakinlər onları taparaq üzr istəməyə məcbur ediblər. Dediklərindən peşman olan gənc yayılan videoda bu ifadələri işlədib: "Özümdə olmamışam, nə demişəmsə özümə demişəm, nəslimlə qələt etmişəm. İnsan səhvini başa düşəndə çox peşman olur. Çox peşmanam. Analar, bacılar, xahiş edirəm, məni üzrlü sayın".
Oxşar xəbərlər
Hövsan qızlarına söz atan gənci belə cəzalandırdılar - VİDEO
Sosial şəbəkələrdə Hövsanla bağlı yayılan bir video insanların qəzəbinə səbəb olub. BAKU.WS xəbər verir ki, gənclərin çəkdiyi video başlarına bəla olub. Hövsan...