SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunda qonşular arasında davanın təfərrüatları məlum olub. 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupu Goranboy rayonunda baş vermiş hadisə ilə bağlı açıqlama verib. 

Qurumdan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, Əlirzalı kəndində 1984-cü il təvəllüdlü Sahilə Məzahir qızı Ələkbərova qonşuları olan Fürduz Dəmirova və onun ovladları (oğulu və qızı) tərəfindən döyülüb.

Hadisəyə səbəb S.Ələkbərovaya məxsus atın otlayaraq F.Dəmirovanın həyətinə keçməsidir. S.Ələkbərova səhər saatlarında atı onların həyətində görüb və onun oğurlandığını düşünüb. Ona görə də aralarında mübahisə yaranıb. Hər hansı bir ata bağlayaraq sürüdülmə məsələsi olmayıb. Sadəcə, qadını kəndirlə bağlayıb döyüblər. Məsələ ilə bağlı hadisədə iştirak edən şəxslərin izahatı alınıb və araşdırma aparılır.

Qonşuları tərəfindən döyülən Sahilə Ələkbərova hadisənin necə baş verdiyini BAKU.WS-in bölgə müxbirinə danışıb:

"At keçmişdi onların qapısına. 12 yaşlı oğlumla getdim ki, atı gətirəm. Çatanda gördüm ki, atı saldılar içəri. Məni itələyib yıxdılar yerə. Anaları atın ipi ilə əllərimi bağladı və başladılar məni döyməyə. Qışqırmağa başladım səsə qonşular gəldi məni onların əlindən alıb xəstəxanaya gətirdilər. Üç nəfər idilər. Uşağımı da döyüblər".

***11.18

Goranboy rayonunda qonşular arasında dava düşüb.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Xanqərvənd kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, kənd sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib.

Qadın qonşusundan atlarını geri qaytarmağı tələb edib.

Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb.

Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb.
BAKU.WS
VİDEO