SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov vəfat edib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, 41 yaşlı aktyor onkoloji xəstəlikdən əziyyət çəkirdi. 

Aktyorla vida mərasimi bu gün Serpuxov Şəhər Musiqili Dram Teatrında keçiriləcək. Mərhum Bakıda dəfn olunacaq. 

Ramil Əzimov 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru kimi səhnə həyatına başlayan R.Əzimov 2005-ci ildən Rusiyada fəaliyyət göstərirdi. 

Ailəlidir, üç uşağı var.

Allah rəhmət eləsin.
BAKU.WS