SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın və SSRİ-nin xalq artisti Elina Bıstritskaya 91 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə Moskvanın "Malıy teatr"ının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, son illər aktrisa ağır xəstəlikdən əziyyət çəkib. Bıstritskaya ilə vida mərasiminin vaxtı və dəfn yeri daha sonra elan ediləcək.

Elina Avraamovna Bıstritskaya 4 aprel 1928-ci ildə Kiyevdə anadan olub. Vilnüs Rus Dram Teatrında (1953-1956), A.S.Puşkin adına Moskva Dram Teatrında (1956-1958), Malıy Teatrda (1958) çalışıb.

1979-cu ildən A.Lunaçarski adına GİTİS-də pedaqoji fəaliyyətlə məşğuldur. 1950-ci ildən kinoya çəkilir. O, 1991-ci ildə rejissoru Rasim Ocaqovun olduğu "Qətldən yeddi gün sonra" filmində də çəkilib.

Azərbaycanın, Qazaxıstanın, Gürcüstanın və Rusiya Federasiyasının xalq artistidir (1966). SSRİ xalq artistidir (1978). 

Zülfiyyə Qurbanova
BAKU.WS