Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında Qorağan-Qax avtomobil yolunun rayonun Alatəmir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax istiqamətində hərəkətdə olan Şəki sakini Elxan Səlimovun idarə etdiyi ərzaq məhsullarının satışı ilə məşğul olan firmaya məxsus "90-JS-092" dövlət qeydiyyat nişanlı "İsuzu" markalı yük avtomobili qarşıdan gələn Qax sakininin sükanı arxasında olduğu 34-BB-097 dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində yük avtomobili aşıb. Onun sürücü Elxan Səlimov, həmçinin minik avtomobilində olan Qax sakinləri - 26 yaşlı Rahib Mənəfov və 27 yaşlı İlham Əhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


BAKU.WS