VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Verilən məlumata görə, hadisə dünən Yasamal rayonu, İzmir küçəsi 7 A ünvanında yerləşən “Zoo” mağazada qeydə alınıb.

Mağazanın sahibi Cəmil Həmidov BAKU.WS-ə bildirib ki, mağazaya daxil olan iki nəfər bir neçə dəfə oğurluq ediblər.

Belə ki, həmin adamlar mağazaya daxil olublar və onlardan biri satıcının başını qatıb. Digəri isə fürsətdən istifadə edib mağazadan bahalı əşyalar oğurlayıblar.

Oğrular mağazadan təxminən 1000 manatdan çox oğurluq ediblər.

Mağaza sahibi Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə şikayət edib.
BAKU.WS
VİDEO