7 yaşlı uşağın ölümü ilə bağlı ŞOK DETALLAR - Məşqçi anasını çölə çıxarıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda idman məktəbində aldığı xəsarət səbəbindən həyatını itirən 2016-cı il təvəllüdlü Fərid Bakarovun babası nəvəsinin ölümü ilə bağlı yeni detalları açıqlayıb.
BAKU.WS xəbər verir ki, o, İTV-yə açıqlamasında azyaşlının anasının səs eşitdiyi üçün zala girməsinə baxmayaraq, müəllim tərəfindən çölə çıxarıldığını deyib:
"Qızım uşağı məktəbə aparanda görüb ki, pis səs gəlir. Anası içəri girsə də onu çölə çıxarıb. Deyib ki, idmandır və burda heç nə yoxdur. Məşqdən sonra müəllim halsız vəziyyətdə olan uşağı qucağına alaraq evə aparıb. Uşağın paltarları dəyişdiriləndə məlum olub ki, ağır zərbələr alıb".
Qeyd edək ki, aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib. Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Oxşar xəbərlər
Yeddi yaşlı uşağın ölümü qardaşının gözü qarşısında olub - Yeni DETALLAR - FOTO
Aprelin 29-da Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət səbəbindən vəfat etməsi barədə yeni detallar məlum olub. BAKU.WS oxu.az-a istinadən xəb...