055 213 76 73
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov BAKU.WS-ə məlumat verib.
O bildirib ki, 2003-cü il təvəllüdlü Xəyalə Durmuşovanın Şəki rayonundakı M.F.Axundov adına istirahət parkında yıxılaraq bədən xəsarətləri alması faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilməklə şahidlər dindirilib və müvafiq ekspertizalar təyin olunub.
K.Zeynalov həmçinin bildirib ki, hazırda iş üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin müəyyən olunaraq əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
BAKU.WS