SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Bu barədə qurumun mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, iyunun 25-də 20 nəfər Bakı şəhər sakini “qida zəhərlənməsi” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş, müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, həmin şəxslər qeyd edilən tarixdə paytaxtın Xətai rayonu, Babək prospekti 65 ünvanda yerləşən maşın bazarında fəaliyyət göstərən “Qədir xum” adlı dönərxanadan dönər alıb yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə dönərxanaya baxış keçirilmiş, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

İnsanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
BAKU.WS