Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə yolun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib. Türkiyə vətəndaşı - 1977-ci il təvəllüdlü Cumalı Karaoğlunun idarə etdiyi "Mercedes" markalı, 53 K 5437 nömrəli qoşqusu olan 53 K 5436 Türkiyə dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük maşını qarşısında hərəkətdə olan - Gəncə şəhər sakini İbrahimov Zahid Nəsib oğlunun idarə etdiyi 16 BB 522 dövlət nömrə nişanlı "KAMAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə, "KAMAZ" markalı yük avtomobili aşıb, Türkiyə vətəndaşının idarə etdiyi qoşqulu yük maşını isə yoldan çıxaraq kənarda dayanan Atakişiyev Əyyub Teyyub oğlunun "Mercedes" markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində "Mercedes"də olan Ə.Ağakişiyev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS